Azərbaycan İlahiyyat İnstitutunun əməkdaş və tələbələrinə Vikipediyanın Azərbaycan dili bölməsində yaratdıqları və redaktə etdikləri məqalələrə görə, Mərkəzi Elmi Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.
Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk bildirib ki, hazırda respublikamızda “Vikipediya” hərəkatının genişləndirilməsi istiqamətində müxtəlif işlər həyata keçirilir. Direktor müavini hazırda “Vikipediya” Metodik Mərkəzinin Tədris; Beynəlxalq təcrübənin öyrənilməsi; Monitorinq; Məsləhət xidməti; İnformasiya təminatı; Təbliğat; Elmi-tədqiqat bölmələri üzrə fəaliyyət göstərdiyini qeyd edib. Vurğulayıb ki, mərkəzin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı müxtəlif məqalələr hazırlayırlar.
Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi Rövşən Məmmədli ilahiyyat sahəsində məqalələrin hazırlanmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, dini sahədə əldə edilən biliklər elektronlaşdırılmalı və geniş oxucu kütləsinə çatdırılması xüsusi əhəmiyyət daşıyır. R. Məmmədli tələbələrin bu sahədə aktiv olacaqlarına, Vikipediyada dini mövzuda yeni məqalələr əlavə edəcəklərinə əminliyini ifadə edib.
Aİİ-nin II kurs tələbəsi Aytac Mustafalı tələbələr adından çıxış edərək, “Vikipediya” könüllüləri olaraq gələcək fəaliyyətlərində dini sahədə məqalələrin hazırlanması və sosial mediada yerləşdirilməsində aktiv iştirak edəcəklərini bildirib.
Qeyd edək ki, təlimlər AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimçiləri Aynur Yusifzadə, Səbinə Abızadə tərəfindən keçirilib. Bu müddət ərzində Azərbaycan İlahiyyat İnstitutunun “Vikipediya” könüllüləri islamşünaslıq və dinşünaslıq sahələrini özündə əks etdirən 50-dən artıq məqalə hazırlayıblar.

Aİİ-nin Mətbuat Xidməti