“KarnegiKlub” treninq mərkəzinin təşkilatçılığı ilə tələbə uğur forumu keçirilib.
Mərkəzin 9 illiyinə həsr olunan tədbirə 1500-dən çox iştirakçı qatılıb.
Əvvəlcə forumda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Forum “KarnegiKlub”un rəhbəri Nəcəf Allahverdiyevin moderatorluğu ilə keçirilib.
Forumda “Logix” və “Destec” şirkətinin rəhbəri Sakit Səmədov “Hər şey gənclikdə qazanılır!”, “Libraff” PR menecer, booktuber Sərxan Rüstəmov “Day-dayınız kitab olsun!”, marketoloq, biznes təlimçi Ellada Əliyeva “Zamanın tələbi, yoxsa özünlə yarış?”, “Alyans Tekstil” şirkətinin satış departamentinin rəhbəri, təlimçi Sarvan Aslanov “Sevdiyin işi tap, tapdığın işi sev!”, “KarnegiKlub” treninq mərkəzinin təlimçisi, psixoloq, NLP master İbrahim Allahverdiyev “NLP-dən psixoloji test, oyun və qərar qəbuletmə texnikası” mövzularında təqdimat ediblər. Həmçinin poliqlot Aslan Məmmədzadə “İngilis dili öyrənmənin 5 texnikası - poliqlotdan öyrən”, “Sumqayıt Texnologiya Parkı”nın marketinq meneceri, “Onevision” şirkətinin həmtəsisçisi və direktoru Cavid Abasov “Öz biznesini planla!”, “EDDE Global” şirkətinin rəhbəri, xaricdə təhsil eksperti Miryusif Cavadzadə “Xaricdə harada oxuyum və hansı sənəti seçim?! - Həm münasib həm də faydalı olsun”, Bakı Mühəndislik Universitetinin Riyaziyyat-informatika kafedrasının baş müəllimi Bəhman Qüdsi “Kreativ düşüncənin həyatımıza təsiri” mövzularında çıxış ediblər.
Forumun sonunda həvəsləndirici lotereya təşkil olunub və iştirakçılara sertifikatlar təqdim edilib.
Tədbirin keçirilməsində tələbələrə 60-dan çox şirkət dəstək olub.
Tehsil-press.az