Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq forumda Azərbaycanı layiqincə təmsil ediblər

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq   forumda Azərbaycanı layiqincə təmsil ediblər Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III və IV kurs tələbələri Orxan Xankişiyev, Fərdin Vətəni və Elmir Əbilov Rusiyada Tələbələrin II Beynəlxalq Forumunda iştirak ediblər.
“Yeni nəsil: kainatı birləşdirək” mövzusuna həsr olunan tədbir İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin Neft Mühəndisləri Cəmiyyəti tərəfindən keçirilib. Tədbirə 55 ölkədən 100-dən artıq tələbə və xarici neft-qaz şirkətlərində çalışan gənc mütəxəssis qatılıb. BANM-in tələbələri forumda neft-qaz ekspertləri və dünyanın bir çox ölkələrindən gələn tələbələrlə əlaqələr qurub, bilik və bacarıqlarını bölüşərək Azərbaycanı layiqincə təmsil ediblər.
Moskvada təşkil olunan tədbirin birinci hissəsində BANM-in tələbələri “Enerji transformasiyası: gələcəyin xəritəsi”, “Smart” neft sənayesi”, “İnsan resursları - səmimi ünsiyyət” mövzularında keçirilən plenar iclaslarda ekspertlərin çıxışlarını dinləyib və fikirlərini bölüşüblər.
Forum çərçivəsində BANM-in tələbələri 10-dan çox beynəlxalq enerji şirkətlərinin qatıldığı karyera sərgisində də iştirak ediblər.
Rusiyanın şimalında yerləşən “Zaluçye” tədris-istehsal mərkəzində davam etdirilən tədbirdə Fərdin Vətəni və Elmir Əbilov “Schlumberger” şirkətinin mütəxəssisləri tərəfindən idarə olunan dərsləri dinləyib və fəal müzakirələr aparıblar. Orxan Xankişiyev isə 50-dən çox ölkənin tələbələri ilə birgə “dəyirmi masa”da bir sıra mövzular ətrafında fikir mübadiləsi aparıb. “Gubkin Talks” yarışında “Necə çempion olmalı” adlı təqdimat ilə çıxış edən Fərdin Vətəniyə sertifikat təqdim olunub.

BANM-nin Mətbuat Xidməti


Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq   forumda Azərbaycanı layiqincə təmsil ediblər

Oxşar xəbərlər