“Headway” şirkətinin nümayəndəsi tələbələrə “Şəxsi İnkişaf” mövzusunda təlim keçib

“Headway” şirkətinin nümayəndəsi tələbələrə “Şəxsi İnkişaf” mövzusunda təlim keçib Noyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzində “Karyera psixologiyası” və “Şəxsi İnkişaf” mövzularında təlim keçirilib.
Təlimlər “Headway” şirkətinin nümayəndəsi Seymur Rəsulov tərəfindən aparılıb. Tələbələrin gələcək karyeralarında uğur qazanmaları üçün öz təcrübələrini bölüşən təlimçi bu istiqamətdə düzgün ixtisas seçiminin əhəmiyyətindən bəhs edib. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, mərkəz tərəfindən bu cür təlimlərin mütəmadi təşkil olunması nəzərdə tutulub. Təlimlərin beynəlxalq şirkət nümayəndələri, təcrübəli təlimçilər tərəfindən keçirilməsi planlaşdırılır.

Hüseyin Şərifov


“Headway” şirkətinin nümayəndəsi tələbələrə “Şəxsi İnkişaf” mövzusunda təlim keçib

Oxşar xəbərlər