Fransalı deputat koronavirusa yoluxub

Fransalı deputat koronavirusa yoluxub Fransa parlamentinin deputatı koronavirusa yoluxub.
Bu barədə parlament spikeri Rişar Ferran məlumat verib.
Söhbət Elzas bölgəsindən “Respublikaçılar” partiyasını təmsil edən 68 yaşlı deputat Jan-Lük Reytserdən gedir. O, Müluz şəhərinin xəstəxanaların birində ağır vəziyyətdədir.
Fevralın 25-dən o, parlament iclaslarında iştirak etmir.
Koronavirusa, həmçinin parlament bufetinin əməkdaşı yoluxub. O, ev şəraitində karantində saxlanılır.

Tehsil-press.az

Oxşar xəbərlər