Atmosferində dəmir yağışları olan planet kəşf edilib

Atmosferində dəmir yağışları olan planet kəşf edilib Avropa Kosmik Agentliyinin VLT-dən (Very large telescope) istifadə edən araşdırmaçıları qeyri-adi ekzoplanet kəşf ediblər. Planetin qeyri-adiliyi onun atmosferində ərimiş dəmir yağıntılarının mövcud olması ehtimalıdır. Bu ultranəhəng planetin səthində gündüzlər 2400 selsi temperatur olur, bu da metalların buxarlanması üçün kifayətdir. Güclü küləklər vasitəsilə dəmir buxarları nisbətən soyuq hissəyə daşınır, bunun nəticəsində soyuq mühitlə təmas edən metal damcı şəklində səthə düşür və dəmir yağışı baş verir.
Balıq bürcündən 640 işıq ili məsafədə yerləşən bu planetə “WASP-76b” adlandırılıb. Martın 11-i “Nature”-də dərc olunan məqalədəki kəşf 2018-ci ilin sentyabr ayında ESPRESSO tərəfindən müşahidə edilib.
Planetin gündüz vaxtı öz ulduzundan aldığı radiasiya Yerin Günəşdən aldığı radiasiyadan minlərlə dəfə çoxdur. Gündüz və gecə arasında olan həddindən artıq temperatur fərqi planetin atmosferində güclü küləklərin yaranmasına səbəb olur. Temperatur fərqinin 1500 dərəcə olduğu şəraitdə güclü küləklər dəmir buxarlarını çox isti tərəfdən nisbətən soyuq tərəfə aparır. Soyuyan dəmir buxarları maye-damcı şəklində planetin səthinə düşür.

Tehsil-press.az

Oxşar xəbərlər