Bakı Xoreoqrafiya Akademiyasında dezinfeksiya işləri aparılıb

Bakı Xoreoqrafiya Akademiyasında dezinfeksiya işləri aparılıb Bakı Xoreoqrafiya Akademiyasında (BXA) koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə ali təhsil müəssisəsinin auditoriyaları, konfrans və akt zalları, inzibati heyətin kabinetləri, dəhlizlər, yeməkxana və digər ərazilər dezinfeksiya olunub.
Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən aparılan dezinfeksiya işlərində yüksəkkeyfiyyətli dərman preparatlarından istifadə edilib.
Xatırladaq ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər