Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə UNEC-in bütün tədris binaları, konfrans və akt zalları, auditoriyalar, kitabxana, oxu zalları, dəhlizlər, yeməkxana və digər ərazilər dezinfeksiya olunub.
Bakı şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən aparılan dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub.
Xatırladaq ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul olunub.
Tehsil-press.az