“Gecə yuxudan tər içində oyandım” - Koronavirusa yoluxan futbolçu

“Gecə yuxudan tər içində oyandım” - Koronavirusa yoluxan futbolçu "Fiorentina"nın futbolçusu Duşan Vlahoviç koronavirusa yoluxması barədə danışıb.
20 yaşlı hücumçu hazırda yaxşılaşdığını bildirib:
"Evdə idim. Gecə yuxudan tər içində oyandım. Hiss edirdim ki, temperaturum yüksəkdir. Dərhal ölçdüm və 37 dərəcə olduğunu gördüm. Növbəti dəfə ölçəndə isə 39 dərəcə idi. Dərhal xəstəxanaya getdim. Vəziyyətin pis olacağını düşünmürəm. İndi yaxşıyam və dincəlirəm. Bütün insanlar evdə olmalı və 14 gün dincəlməlidirlər. Hər kəs sıx yerlərdən uzaq dursun.
Heç bir komanda yoldaşımı görməmişəm. Ümid edirəm ki, hamısı yaxşıdır. İtaliyadakı karantinə ən çox komanda yoldaşım Federiko Kyeza sevinməlidir. O, hər zaman evində olmağı xoşlayır. FIFA oyununun xəstəsidir. Kiminsə onu məğlub edəcəyini düşünmürəm. Çünki futbol həyatından başqa ancaq FIFA oyununu düşünür. Pol Lirola da onun kimidir".
Qeyd edək ki, "Fiorentina"da Xerman Pesselya və Patrik Kutrone də koronavirusa yoluxmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər