Fransada koronavirus qurbanlarının sayı min nəfəri ötüb

Fransada koronavirus qurbanlarının sayı min nəfəri ötüb Fransada yeni koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı min nəfəri keçib.
Bu barədə ölkənin səhiyyə departamentinin baş direktoru Jerom Salomon açıqlama verib.
J.Salomon qeyd edib ki, xəstəxanalardan alınan məlumatlara görə, koronavirusun yaratdığı bir xəstəlikdən ölənlərin sayı 1,1 min nəfər təşkil edir, yəni sutka ərzində 240 artıb:
"Sutka ərzində yoluxanların sayı 2,5 min nəfərə yaxın artaraq 22.3 min nəfər təşkil edir".
Ekspert qeyd edib ki, hazırda 10176 xəstə xəstəxanaya yerləşdirilib. Eyni zamanda 2516 nəfər reanimasiyadadır, onların sayı sutka ərzində 434 nəfər artıb.

Tehsil-press.az

Oxşar xəbərlər