Misir ehramında #evdəqal çağırışı

Misir ehramında #evdəqal çağırışı Koronavirus pandemiyası fonunda misirlilərə #evdəqal çağırışı bu dəfə Cizə şəhərində yerləşən Heops ehramı vasitəsilə çatdırılıb.
Ehramın üzərində “Evdə qal, təhlükəsiz qal” sözləri öz əksini tapıb.
Ehramda, həmçinin tibb işçilərinə minnətdarlıq bildirən - “Bizi təhlükəsiz saxlayanlara təşəkkür edirik” sözləri yer alıb.
Ən son məlumatlara görə, Misirdə 656 koronavirusa yoluxma halı qeydə alınıb, 41 nəfər dünyasını dəyişib.

Tehsil-press.az



Oxşar xəbərlər