Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının elan etdiyi "Evdə Qal Evdə Yarat" təşəbbüsünə qoşulur və yaradıcı və istedadlı müəllim və tələbələrini bu aksiyaya qoşulmağa dəvət edir.
Bildiyimiz kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar bağlıdır, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyə olunur. Bu çətinliklərə baxmayaraq vətəndaşların yaradıcı bacarığı həmişə yüksək səviyyədədir. Artıq 2000 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal Evdə Yarat" təşəbbüsünə qoşulmuşdur.
BDU tələbələrini və əməkdaşlarını bu təşəbbüsə fəal qoşulmağa dəvət edirik! #evdəqalevdəyarat #evdeqalevdeyarat #creativaz #SayNotoCovid #BDU #BakıDövlətUniversiteti Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, həmçinin “Kreativ Azərbaycan” portalının feysbuk səhifəsini işarələməklə paylaşmalıdır.
Müsabiqə 2020-ci ilin 30 aprel tarixinə kimi davam edəcəkdir.
Təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımlar dəyərli hədiyyələr qazanacaq. Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!
Tehsil-press.az