Ötən il Bakıda evdə doğuşların sayı azalıb

Ötən il Bakıda evdə doğuşların sayı azalıb Ötən il ərzində Bakıda evdə doğuşların, yəni xəstəxanadan kənar doğuşların sayı 68 olub.

Tehsil-press.az-n məlumatına görə, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bu gün keçirdikləri hesabat xarakterli tədbirdə deyib. Onun sözlərinə görə, 2016-cı ildə evdə doğuşların sayı 2015-ci ilə nisbətən azalıb:
"2015-ci ildə evdə doğuşların sayı 100 olub. Sayın azalması əhalinin savadlanması ilə bağlıdır. Bəzən insanlar deyirlər ki, evdə doğuşda heç bir problem yaranmaz. Ancaq evdə doğuşlar həm ananın, həm də uşağın sağlamlığı üçün təhlükə yarada bilər. Ola bilər ki, uşaq sağ-salamat doğulsun, amma ana üçün problem yarana bilər".
İ.Əliyeva deyib ki, adətən, təcili tibbi yardıma doğuşdan sonra müraciət edirlər. Həmin şəxslərin xəstəxanaya yerləşdirilməsi 100 faiz həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər