Britaniya alimlərindən koronavirus peyvəndi ilə bağlı sevindirici xəbər

Britaniya alimlərindən koronavirus peyvəndi ilə bağlı sevindirici xəbər Covid-19 əleyhinə peyvənd Böyük Britaniyada bu ilin sentyabrınadək hazır ola bilər.
Bu barədə “Times” qəzetinə müsahibəsində Oksford universitetinin vaksinologiya üzrə professoru Sara Gilbert bildirib. Peyvənd üzərində işləyən tədqiqatçılar qrupuna rəhbərlik edən Gilbertin sözlərinə görə, hər şey ideal formada gedərsə, qeyd edilən vaxtadək peyvənd əldə ediləcək.
“Peyvəndin, digər növ peyvəndlərlə bağlı əldə etdiyimiz məlumatlara əsaslanarsaq, təsiredici qüvvəsi olacaq. Bu, hər hansı intiusiya deyil. Hər həftə analizlər üçün daha çox məlumat toplayırıq. Düşünürəm ki, uğur qazanmaq ehtimalı 80%-dir”, - deyə professor qeyd edib.
Gilbert peyvəndin kliniki təcrübəsinə yaxın 2 həftədə başlayacaqlarını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər