Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantları dərslərini onlayn şəkildə davam etdirirlər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantları dərslərini onlayn şəkildə davam etdirirlər Koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb. Magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantları üçün dərslər onlayn formada davam etdirilir. Bu məqsədlə elmi müəssisənin magistraturasında professor-müəllim heyəti tərəfindən qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz, fiziki kimya, yüksəkmolekullu birləşmələr kimyası, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi və kompozisiya materialları kimyası ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər müvafiq semestr üçün qəbul edilmiş cədvələ uyğun olaraq onlayn rejimdə tədris edilir.
İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər. Təcrübə məqsədilə onlar ixtisaslarına uyğun müəllimlərin birinci kurslardakı tədris prosesinə onlayn qoşulurlar. Həmçinin onlara elmi rəhbərlər tərəfindən dissertasiya işinin yekunlaşdırılması üçün məsləhət saatları təşkil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər