Magistrantlar üçün dərslər distant formada davam etdirilir

Magistrantlar üçün dərslər distant formada davam etdirilir AMEA prezidentinin akademiya magistrantları üçün distant tədrisin təşkili barədə müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda da martın 29-dan etibarən magistrantlar üçün dərslər distant qaydada tədris olunur.
Birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantları isə elmi rəhbərlərin iştirakı ilə distant olaraq elmi-pedaqoji təcrübə keçirlər.
Qeyd edək ki, institutun magistraturasında ümumilikdə 3 ixtisas (kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları və sistemləri mühəndisliyi) üzrə birinci kursda 8 nəfər, ikinci kursda isə 7 nəfər təhsil alır.

Tehsil-press.az

Oxşar xəbərlər