Medianın əhəmiyyəti və təsiri, dövrümüzdə müzakirəyə ehtiyacı olmayan bir həqiqətdir. Texnologiyanın gündən-günə inkişafı medianı sürətlə böyüyən bir güc halına dönüşməsini təmin etməkdədir. Jurnalistika sahəsində ənənəvi forma və məzmunun dəyişməsi nəticəsində çoxdan formalaşmış texnoloji proseslər yerini daha müasir proseslərə verməkdədir. KİV-in yeni keyfiyyət kəsb etməsi isə, onun cəmiyyətdə rolunun güclənməsinə gətirib çıxarır. Media məhsulu dəyişir, KİV interaktiv və multimediaya çevrilir.
Bu gün dünyanın aparıcı güc mərkəzləri medianın bilgiləndirmə və yönləndirmə təsirindən dolayı ona möhtacdırlar. Reklamdan təbliğata qədər hər cür tanıtım və açıqlamalar media tərəfindən təmin edilməkdədir. Dövlətlərarası psixoloji, siyasi və mədəni savaşlar artıq silah və mərmi ilə deyil, məhz media vasitəsi ilə aparılmaqdadır. Transmilli korporasiyalar yeni bazarlar əldə etmək üçün medianın gücündən yararlanırlar, amansız rəqabət mübarizəsində medianın gücünə istinad edirlər. İnkişaf etməkdə olan ölkələrdə modern proseslər müxtəlif formalarda baş verir ki, bu da öz növbəsində kütləvi informasiya və kommunikasiya vasitələrinin inkişafına, onların ideoloji məzmun kəsb etməsinə, siyasi prosesdə tətbiqinə ciddi təsir göstərir.
Bu fikirlər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlunun “COVID-19 qədər təhlükəli virus: Dezinformasiya” sərlövhəli yazısında yer alıb. Yazını oxuculara təqdim edirik.
Artıq dünyanın ən ucqar nöqtəsi belə qlobal informasiya məkanının qarşısıalınmaz təsir gücünün əhatə dairəsində qalır. İnsanlar buradan xəbər alır, fikirləri və baxışları buradan formalaşır və buradan yönləndirilirlər. Əsasən də belə həssas dönəmlərdə peşəkarlıq və məsuliyyət ən vacib qırmızı cizgi olaraq özünü göstərməkdədir. Hazırda dünya qlobal pandemiya (COVID-19) ilə mübarizə aparır, bu mübarizənin ön xəttində dövlət aparatı, səhiyyə işçiləri ilə yanaşı, həm də media durur. Məhz belə bir zamanda informasiyanın nə qədər ciddi və təsiredici gücə malik olduğu özünü ən kəskin şəkildə ortaya qoymuş olur. Şübhəsiz ki, həm bilgiləndirən, həm də maarifləndirən peşəkar jurnalistika ilə yanaşı, həvəskər, hətta “obivatel” yanaşma sərgiləyənlər də kifayət qədərdir.
Son bir neçə ayda COVID-19 - koronavirusla bağlı bir çox məqamlarda müəyyən manipulyasiyalara şahid olduq və hələ də olmaqdayıq. Əsasən sosial mediada biri-birinin ardınca yayılan yalan məlumatlar, hətta bəzi hallarda insanlarda çaşqınlıq və qorxu yaradan əsassız, yalan məlumatların paylaşılması, virusun özü qədər ciddi ziyan vuran məqam olaraq qiymətləndirilməlidir.
Koronavirus respirator virusdur və bununla bağlı insanlarda təşviş və həyəcanın olması təbiidir. Bu həyəcan və təşviş, əsassız, qorxunc dezinformasiyalar bumu ilə insanları stress vəziyyətinə sala bilər, bu isə artıq kütləvi psixozun yaşanmasına gətirər. Bu zaman məlumatlı olmaq, virusla bağlı maariflənmək, əsla ciddi qorxu üçün bir əsasın olmamasını yəqin etmək çox önəmlidir. Burada isə ən vacib iş artıq medianın, jurnalistlərin üzərinə düşür.
Sosial şəbəkələr insanlara öz düşüncələrini istədikləri formada ifadə etməyə, yaymağa imkan verir. Lakin bu hal, bizi məsuliyyətdən azad etmir. Çünki yayılan dezinformasiyalar mənfi nəticələrə səbəb olur. Məsələ yalnız virusun səhhətimiz üçün bir təhlükə olmasında deyil, həm də dezinformasiyalar və aparılan bilgi çirkliliyi sayəsində bir ümumi ajiotajın yaşanmasındadır ki, bu da təhlükəlidir. Məsələn, ABŞ-da artıq silah satışı ilə ərzaq satışı bərabərləşib. Həmçinin İtaliyada kriminal qruplaşmaların nəzarətində olan bir sıra media vasitəsi ilə əhaliyə edilən neqativ məzmunlu çağırışlar, buna əyani misal ola bilər.
Dünya artıq, sanki təkcə virus pandemiyası ilə deyil, qəsdən ortaya atılmış “dezinfornasiya pandemiyası” və onun doğura biləcəyi daha vahim nəticələrlə də mübarizə aparmaq məcburiyyətində qalmaqdadır. Təsadüfi deyil ki, artıq bir çox ölkələrdə doğru olaraq virusla bağlı sosial mediada yalanlar paylaşan, dezinformasiyalar yayan şəxslərə qarşı hüquqi müstəvidə tədbirlər görülür.
Birmənalı şəkildə vurğulamaq lazımdır ki, dövlətimiz zamanında preventiv tədbirlərə əl atmaqla, əslində bu gün Avropanı ağuşuna almış bu fəlakətin bizdə də təkrarlanmasının qarşısını aldı. Ümumdünya səhiyyə təşkilatı, bir çox təşkilatlar Azərbaycanda görülən işləri çox yüksək qiymətləndirməkdədirlər. Diqqət edin: hər gün bununla bağlı hansısa ciddi addımlar atılır, qərarlar qəbul edilir. Peşəkar media bu istiqamətdə tam maarifləndirmə və məlumatlandırma funksiyalarını layiqincə icra edir. Cəmiyyət məlumatlandırılır və zəruri bilgilər onlarla paylaşılır.
Unutmaq olmaz, əsas doğru bilgiləri paylaşmaq və peşəkarları dinləməkdir. Eyni zamanda, görülən qabaqlayıcı tədbirlər çərçivəsində, deyilənlərə əməl etmək, həm öz, həm də yaxınlarınızın sağlamlığını qorumaq və əsla təhlükəyə atmamaqdır.
Tehsil-press.az