UNEC brendi Xorvatiyada da tanındı

UNEC brendi Xorvatiyada da tanındı Universitetlərin beynəlmiləlləşməsi və bu sektorda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mühitinin yaranmasına gətirib çıxarmışdır. Digər sahələrdə olduğu kimi, universitetlər arasında da güclü rəqabət onların brendlənməsini zərürətə çevrilmişdir
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də bu istiqamətdə uğurlara imza atır. Belə ki, UNEC brendi öz əhatə dairəsini günü-gündən genişləndirməklə 2018-ci ildə ilk dəfə Türkiyədə, daha sonra isə Avropanın daha 4 ölkəsində - Polşa, Slovakiya, Latviya, Litva - qeydiyata alınmışdır. 2020-ci il 8 apreldə isə UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alınmışdır.
Beləliklə, UNEC brendi artıq 6 xarici ölkədə tanınmış və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanmışdır.

Tehsil-press.az

Oxşar xəbərlər