Daha bir ölkədə karantin rejimi uzadıldı

Daha bir ölkədə karantin rejimi uzadıldı Belçikada sərtləşdirilmiş karantin rejimi rəsmi şəkildə mayın 3-dək uzadılıb.
Bu barədə ölkənin Baş naziri Sofi Vilmes bildirib. Onun sözlərinə görə, karantin rejimini pozanlar cərimələnəcək. Vilmes vətəndaşlara evdən çölə çıxmamağı məsləhət görüb.
Qeyd edək ki, Belçikada martın 14-dən etibarən ümumi karantin elan edilib. Ölkədə 4440 nəfər dünyasını dəyişib, 33 min 573 nəfər isə koronavirusa yoluxub.

Tehsil-press.az

Oxşar xəbərlər