“Karantin rejimi olan ölkələrdə bu 60-70%-dir, bizdə 30”

“Karantin rejimi olan ölkələrdə bu 60-70%-dir, bizdə 30” “Nəqliyyat axınını öyrənilən zaman məlum olub ki, şəhər yollarında təqribən 30%-ə yaxın azalma var. Ancaq karantin rejimi tətbiq olunan xarici ölkələrdə bu rəqəm 60-70%-dir.1-9 aprel tarixləri ərzində sadəcə 5 aprel tarixində ən aşağı axın qeydə alınıb. Bu, 211030 olub. Ən yüksək axın zamanı isə 434 579 avtomobil müşahidə olunub”. Hazırda karantin rejimi ilə əlaqədar küçədə avtomobillərin sayının azalması paytaxtın ekoloji durumuna da müsbət təsirini göstərib.
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn mətbuat konfransında deyib.
Bildirib ki, Agentlik tərəfindən şəhərin bəzi küçə və prospektlərində yerləşən işıqforlara havanın keyfiyyət indeksini ölçən sensorlar quraşdırılıb. Təhlillər Yeni ilə tətili günləri ilə müqayisə olunub. PM2.5 hissəciklərində 50% və PM10 hissəciklərində isə 70% azalma müşahidə olunub. Havanın həcmində karbon monoksidin Yeni il günlərində 40%, karantin rejimində isə 60%, azot-dioksidin Yeni il günləri 20%, karantin günlərində isə 40%, metan qazının Yeni il günlərində 30%, karantin rejimində isə 45%, kükürd-oksidin Yeni il günlərində 70%, karantin günlərində isə 90% azalma müşahidə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər