AzMİU-nun “Enactus AzUAC” komandası yeni layihələr üzərində çalışır

AzMİU-nun “Enactus AzUAC” komandası yeni layihələr üzərində çalışır Ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi olmasına baxmayaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Enactus AzUAC” komandası yeni layihələr üzərində çalışır.
Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradovun rəhbərliyi ilə komanda üzvləri onlayn görüşlər təşkil edir, yeni ideyalarla bağlı araşdırmalar aparırlar. Eyni zamanda, “Enactus AzUAC” komandası bir müddət əvvəl ATGTİ, BP və Enactus Azərbaycanın təşkilatçılığı ilə keçirilən “Enactus qış məktəbi 2020”də iştirak edib. Üçgünlük məktəbdə komanda üzvləri müxtəlif sahələrdə çalışan peşəkar şəxslərin təlimlərinə qatılıblar.

Tehsil-press.az

Oxşar xəbərlər