Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbə və müdavimlərindən ibarət Azərbaycan Enactus milli komandası ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində keçirilmiş “Enactus-2019” dünya çempionatında yüksək nailiyyət qazanıb.
Dünyanın innovasiya paytaxtı kimi tanınan Silikon Vadisində “Enactus Global”ın və San-Xose Şəhər Administrasiyasının təşkilatçılığı ilə keçirilən çempionatda 36 ölkədən (Şimali və Cənubi Amerika, Avropa İttifaqı, Afrika, MDB, Asiya və Okeaniya) milli komandalar və on mindən çox qonaq iştirak edib.
San-Xose McEnery Konqres Mərkəzində keçirilən yarışın açılışını şəhər meri Sam Likkardo və ABŞ Dövlət Departamentinin qlobal əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Tomas Debas ediblər. ABŞ-ın və dünyanın qabaqcıl şirkət rəhbərləri də tədbir iştirakçıları arasında olublar.
Tədbirin ilk günündə qloballaşma üzrə beynəlxalq forum və milli mədəniyyətlər günü keçirilib. Milli mədəniyyətlər günü təqdimatında tədbir iştirakçılarına ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə geniş məlumat verilib. Milli guşəmizin hazırlanmasına Los-Anceles şəhərindəki Baş Konsulluğumuz dəstək verib.
Tədbirin ikinci günü püşkatma mərasimi keçirilib və yarışlara start verilib. Dünya çempionatında münsiflər heyətinə layihə idarəetməsi üzrə beynəlxalq dərəcəli ekspertlər, tanınmış şirkət rəhbərləri və onların nümayəndələri cəlb olunublar.
Komandamız liqa yarışlarında iki innovativ layihə təqdimatı ilə iştirak edib. Münsiflərin qərarına əsasən millimiz qrup liqasında qalib seçilib və yarımfinal mərhələsinə keçib. Yarımfinal mərhələsində Misir komandası finala çıxıb və “Enactus-2019” dünya kubokunun qalibi adını qazanıb. İkinci yerə Kanada, üçüncü yerə isə ABŞ millisi layiq görülüb. Azərbaycan milli komandasına yarımfinal kuboku və medallar təqdim edilib.
Qeyd edək ki, ölkəmizin müxtəlif ali təhsil müəssisələri 2006-cı ildən başlayaraq bu beynəlxalq platformada keçirilən dünya çempionatlarında indiyə qədər 14 dəfə təmsil olunub, lakin ilk dəfə dünya birinciliyində yarımfinal mərhələsinə keçən məhz Prezident yanında Dövlət İdarəçilik Akademiyasının komanda heyəti olub.
Dünya çempionatının bağlanış mərasimində iştirakçılar və qonaqlar üçün musiqili proqram təşkil olunub.
Qeyd edək ki, “Enactus” beynəlxalq platformasının əsas məqsədi ölkələrdə iqtisadi potensialın gücləndirilməsində gənclərin rolunu artırmaq, onların sahibkarlıq təşəbbüslərini stimullaşdırmaq, bu cür vərdişləri inkişaf etdirərək sosial biznes ideyalarını gənclər arasında təbliğ etməkdir.
Tehsil-press.az