AzMİU-nun rəhbərliyi onlayn idarəetməyə keçib

AzMİU-nun rəhbərliyi onlayn idarəetməyə keçib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən #evdəqal kampaniyasının şərtlərinə uyğun olaraq idarəetməni bütövlükdə onlayn sistemə keçirib.
Rektor Gülçöhrə Məmmədova onlayn rejimdə universitetin prorektorlarına, dekan və struktur bölmə rəhbərlərinə müvafiq tapşırıq və təlimatlarını verib.
Bu gün keçirilən onlayn iclasda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılmasından sonra yaranmış vəziyyət, karantin dövrü ərzində universitetdə tədrisin onlayn təşkili məsələsi müzakirə olunub. Hazırda 5000-ə yaxın bakalavr tələbənin onlayn dərslərə cəlb olunduğunu deyən rektor bu sayın daha da artırılmasını və bütün tələbələri əhatə etməsini arzulayıb. Eyni zamanda, magistratura pilləsində onlayn dərslərə başlanılması üçün tapşırıqlar verib.

Tehsil-press.az

Oxşar xəbərlər