Lester Universitetinin Birgə layihələr və proqramlar üzrə direktor müavini Keyt Valevska və Azərbaycan üzrə nümayəndələr Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı olublar. Qonaqları qəbul edən Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva Lester Universiteti ilə AzMİU arasında birgə əməkdaşlığın perspektivlərindən, ikitərəfli əlaqələrin əhəmiyyətindən danışıb. Görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova və Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Valeriya Konyuxova iştirak edib.
AzMİU-nun Mətbuat Xidməti