“Nə? Harada? Nə zaman?” - ikinci tur

“Nə? Harada? Nə zaman?” - ikinci tur Dekabrın 1-də Azərbaycan Dövlət Dəniz Akademiyasının 2-ci korpusunda “Nə? Harada? Nə zaman?” intellektual oyununun ikinci mərhələsi keçirilib. Bu mərhələyə müxtəlif universitetlərin 15 komandası qoşulub. Komandalar ADDA-nın Tələbə Həmkarlar İtttifaqı Komitəsinin təşkilatçılığı ilə keçən intellektual oyunda həvəslə iştirak ediblər, ümumilikdə 24 sual səslənib.
“Kapitan Qrantın Yetimləri” yığma komandası 17 suala düzgün cavab verərək birinci yeri, Bakı Ali Neft Məktəbinin “JustForFun” komandası 14 sualı düzgün cavablandırmaqla 2-ci yeri, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Revolver” komandası isə 9 suala düzgün cavab verməklə 3-cü yeri tutub.
Üçüncü turda isə aşağıdakı komandalar iştirak edəcək:

1.“Kapitan Qrantın Yetimləri” – Yığma komanda
2.“JustForFun” – BANM
3.“Revolver” – ADDA
4.“Pelaut” - ADDA
5.“Fsociety” – BMU
6.“1+5 Nəfər” – Yığma komanda
7.“Eternal” – ADDA
8.“Qarabağ” – ADPU
10.“Triada” – ADU
11.“Mexaniklər” – ADDA
12.“YeTeam” – Yığma komanda
13.“Kviyet” - OYU

Tehsil-press.az



Oxşar xəbərlər