Elm və İnnovasiyalar şöbəsi
26-27 may 2016-cı il tarixlərində Bakıda “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enterpreunial. Action. Us. – Enactus) beynəlxalq proqramı üzrə XI Milli keçirilib.Yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Enactus komandası da iştirak edib.
Yarışın birinci günü “Azərbaycanda cari iqtisadi vəziyyətin Banklara və Şirkətlərə təsiri və bundan çıxış yolları” və “Kənd təsərrüfatı biznes sahəsi kimi” mövzularında biznes forum keçirilib. Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-a Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun nümayəndələri, Azərbaycanın öndə gedən şirkətləri və bankları iştirak edib.
Daha sonra söz iştirakçı komandalara verilib.Komandalar forumun mövzuları ilə səsləşən müxtəlif biznes layihələri ilə çıxış edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Enactus Komandası “Bank-müştəri münasibətlərində etimadsızlıq yaradan səbəblər və onların düzgün PR vasitəsilə həlli” və “Alternativ enerjinin Kənd təsərrüfatı sahələrinə tətbiqi” mövzularında çıxışlar edib.Komandamız “Enactus proqramı üzrə keçirilən XI Milli Yarışda iştirakına görə” sertifikatı ilə təltif edilib.
Tələbə gənclərin sahibkarlığa dair kreativ ideyalarından ibarət layihələrin qiymətləndirilməsi üçün yarış və təlimlərdən ibarət layihə artıq 11 ildir ki, Azərbaycanda da keçirilir. “Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderlərini bir araya gətirən beynəlxalq proqramdır. Fakültə məsləhətçiləri, akademik liderlər və biznes mütəxəssislərin rəhbərliyi ilə iştirakçı tələbələr insanların həyat keyfiyyətini və yaşam standartlarını inkişaf etdirməyə imkan verən birgə sosial biznes yönümlü layihələri yaratmaq və həyata keçirmək üçün öz universitetlərində komanda formalaşdırırlar.
Proqramın əsas məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən və gələcəyin sahibkarlarını yetişdirməkdən ibarətdir. Proqramın kulminasiyası, komandalar üçün layihələrin nəticələrini təqdim etməkdə forum rolunu oynayan və biznes liderlərinin hakim kimi onları qiymətləndirdiyi illik Milli yarışdır. Çempion komanda Dünya Kuboku uğrunda yarışa iştirak hüququ qazanır. Bu məqsədlə hər akademik il üçün gənclərlə iş üzrə proqram planı hazırlanır. Akademik ilin sonunda isə işlərin yekunu olaraq universitet komandaları arasında ilk əvvəl Milli Yarış keçirilir. Qalib gəlmiş komanda isə “World Cup” yarışına vəsiqə qazanır.
Qeyd edək ki,“Enactus” proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsasında müəyyən edilir. Proqram həm də gənclər üçün biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılmış bir platforma kimi çıxış edir.