“Koronavirusun yaratdığı qlobal tənəzzül şərtləri daxilində dünya 2020-ci ildə yüz minlərlə uşaq ölümünə şahidlik edə bilər”.
Bunu BMT Baş katibi Antonio Quterreş video-müraciətində bildirib. Ailələri və siyasət xadimlərini uşaqları müdafiə etməyə çağıran Quterreş deyib:
“Hazırda, demək olar ki, heç bir şagird məktəbə getmir. Bəzi məktəblər distant təhsil təklif edir, ancaq bu, hamı üçün əlçatan deyil. İnternet sürəti zəif və baha olan ölkələrdə uşaqlar olduqca əlverişsiz vəziyyətdədirlər.
Dünyadakı uşaqların yarısı - 310 milyon məktəbli məktəbə gündəlik qidalanmanın əsas mənbəyi kimi baxır. Hələ koronavirus pandemiyasına qədər də uşaqlarda qidalanma və boy artımının qəbuledilməz göstəriciləri ilə qarşılaşmışdıq.
Məktəbə getməyən uşaqlar daha çox məişət zorakılığının şahidi və qurbanı olurlar”.
Tehsil-press.az