Gənc alim Harvard Universitetinin sertifikatına layiq görülüb

Gənc alim Harvard Universitetinin sertifikatına layiq görülüb AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının böyük elmi işçisi Şövqü Hüseynov ABŞ-ın Harvard Universitetində distant kursları başa vurub və sertifikata layiq görülüb.
İki mərhələdən ibarət onlayn təlim “Neyroelmin əsasları” mövzusuna həsr olunub.
Gənc alim bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bəzi məşhur universitetləri müxtəlif elmi istiqamətlərdə pulsuz distant təhsil kursları təşkil ediblər. Bu təlimlərdə onlayn videomühazirələr, nüfuzlu universitetlərin elmi nəşrləri, interaktiv diaqramlar, 3D videolar, kursun materiallarına əsasən aparılmış eksperimental, kliniki və tətbiqi işlərin, həmçinin təcrübi məşğələlərin videogörüntüləri mövcuddur.

Tehsil-press.az

Oxşar xəbərlər