FİZİKA İNSTİTUTUNUN GƏNC ALİMİ BEYNƏLXALQ AKADEMİYAYA ÜZV SEÇİLİB

FİZİKA İNSTİTUTUNUN GƏNC ALİMİ BEYNƏLXALQ AKADEMİYAYA ÜZV SEÇİLİB Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Rəşad Abaszadə mükafata layiq görülüb. O, Beynəlxalq Ekoenergetika Akademiyasına üzv seçilib. R.Abaszadə elm və təhsilin inkişafında göstərdiyi xidmətlərə görə Akademiyanın professoru adına da layiq görülüb.
R.Abaszadə 47 elmi işin, 6 dərs vəsaitinin və 11 fənn proqramının müəllifidir.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər