Bu il Fiziologiya İnstitutunun əməkdaşlarının 15 məqaləsi impakt faktorlu jurnallarda dərc edilib

Bu il Fiziologiya İnstitutunun əməkdaşlarının 15 məqaləsi impakt faktorlu jurnallarda dərc edilib AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun 2019-cu il üzrə elmi və elmi–təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov, bölmənin elmi katibi Afiq Məmmədov iştirak ediblər.
Təbiri giriş sözü ilə institutun direktoru, biologiya üzrə elmlər doktoru, professor Ulduz Həşimova açıb. Bildirib ki, 2019-cu ildə institutun əsas problemləri ilə bağlı 12 mövzu, 29 elmi-tədqiqat işi üzrə 55 mərhələ yerinə yetirilib. Professor institut əməkdaşları tərəfindən 127 elmi əsərin, 59 məqalənin (34-ü xaricdə), 64 tezisin (52-i xaricdə), 15 məqalənin isə impakt faktorlu jurnallarda nəşr edildiyini, eyni zamanda, 9 qrant layihəsinin həyata keçirildiyini vurğulayıb.
Ulduz Həşimova institutda insan və heyvan fiziologiyası və biokimya ixtisasları üzrə 8 nəfərin doktorantura, 15 nəfərin dissertantura, 1 nəfərin isə magistr hazırlığı keçdiyini bildirib.
Eyni zamanda, iclasda beynəlxalq əlaqələrin genişləndirilməsi, institutun əməkdaşlarının beynəlxalq forumlarda iştirakı haqqında məlumat verilib. Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin nəticələrindən söz açan Ulduz Həşimova gənclərin elmi layihələrlə yanaşı sosial fəallığının da olduğunu qeyd edib.
İclasda institutun nəzdində Bakı Dövlət Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasının filialının fəaliyyət göstərməsi, 132-134 saylı Təhsil Kompleksinə biologiya üzrə hamilik etdiyi də vurğulanıb. Bildirilib ki, Təhsil Kompleksinin institutda hazırlıq keçən şagirdlərinin təqdim etdiyi layihə “Sabahın alimləri” VIII Respublika Müsabiqəsində “Tibb və sağlamlıq” bölməsi üzrə III yerə layiq görülüb.
Sonda hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər səslənib.

Tehsil-press.az

Oxşar xəbərlər