Məleykə Abbaszadə imtahanlarla bağlı onlayn konfrans keçirir

Məleykə Abbaszadə imtahanlarla bağlı onlayn konfrans keçirir “Yanvar ayından təsdiq olunmuş imtahan qrafikində müəyyən dəyişikliklər etmək məcburiyyətində qalmışıq”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, karantin rejimi tətbiq olunduqdan sonra mart və aprel ayında olan imtahanlar keçirilmədiyi üçün həmin qrafik üzərində dəyişiklik edilib:
“Qrafik 10 gün ərzində ictimaiyyətə təqdim olunacaq. Biz Opertaiv Qərargahın qəbul etdiyi qərarlara əməl etməli olduğumuz üçün qrafiki hazırda təqdim edə bilmirik. May ayının 4-dən sonra qaydalara uyğun olaraq imtahanların yeni qrafikini təqdim edəcəyik. İmtahanların vaxtları ilə bağlı bizə çoxsaylı suallar daxil olur. Bilməliyik ki, bizim hazırda əsas məqsədimiz sanitar qaydalara əməl etmək, imtahan iştirakçıları üçün hər hansı təhlükə yaratmamaqdır”.

Tehsil-press.az

Oxşar xəbərlər