Təhsil Nazirliyi: Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur

Təhsil Nazirliyi: Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün tələbələrin məşğulluq orqanlarından valideynlərinin işsiz kimi qeydiyyatda olmasına dair arayış alaraq təhsil müəssisələrinə təqdim etmələrinə ehtiyac yoxdur. Bu barədə Tehsil-press.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hər hansı tələbənin valideynlərinin işsiz statusu barədə məlumatları Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemi vasitəsilə elektron şəkildə əldə edəcək. Bununla yanaşı, e-sosial.az portalında 15 növdə e-arayış xidməti göstərilir. İşsiz kimi qeydiyyatdan keçən şəxslər də portal vasitəsilə bu barədə e-arayışı əldə edə bilərlər. Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”də e-arayış bölməsinə daxil olmaqla, müvafiq elektron arayışı əldə etmək olar.

Tehsil-press.az



Oxşar xəbərlər