Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi yad edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi yad edilib Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) 2009-cu il aprelin 30-da törədilmiş terror aktının 11-ci ildönümü tamam olur. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır xəsarət almışdı.
Aartıq neçə ildir aprelin 30-da ADNSU-da terror qurbanlarının xatirəsi yad olunur. Təhsil ocağının terror aktının törədildiyi II tədris korpusunun foyesində 2017-ci il fevralın 18-də terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Bu gün, 30 aprel terror aktının 11-ci ildönümü ilə əlaqədar terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyefin önünə gül çələngi qoyulub, onların əziz xatirəsi yad edilib.

Tehsil-press.az

Oxşar xəbərlər