Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr edilmiş barelyefin açılışı olub.
Açılış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı terror hadisəsinin bəşəri bəla olduğunu və onun qarşısının alınmasının zərurililiyini vurğulayıb. Rektor terror qurbanlarının xatirəsinin heç vaxt unudulmayacağını bildirib.
Barelyefin hazırlanmasında əməyi olan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən bəhs edib.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov terror hadisəsinin ağır nəticələrindən danışıb, 30 aprel terror qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin təqdirəlayiq hal olduğunu vurgulayiblar.
Mərasimdə çıxış edən, 30 aprel terror qurbanlarının doğmaları və yaxınları barelyefin hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

ADNSU-nun Mətbuat Xidməti