İqtisadiyyat İnstitutunda onlayn dərslər davam etdirilir

İqtisadiyyat İnstitutunda onlayn dərslər davam etdirilir Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, İqtisadiyyat İnstitutunun I kurs magistrantları üçün təşkil olunan onlayn dərslər davam edir.
Onlayn dərslər magistrantların ikinci semestr üzrə təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq aparılır.
Magistrantlar mühazirə və təqdimatları elektron poçt vasitəsilə əldə edirlər. Dərslərin gedişatı haqqında müəllim və magistrantlardan mütəmadi olaraq məlumatlar alınır, dərslərə nəzarət edilir.
Distant tədris prosesi barədə AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə məlumat verilir.

Tehsil-press.az

Oxşar xəbərlər