Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn şəkildə uğurla davam etdirilir. İnstitutdan Elmi müəssisədə fiziki kimya, kimyəvi kinetika və kataliz ixtisaslarında təhsil alan I kurs magistrantlara müasir fiziki-kimyəvi tədqiqat üsulları fənnindən akademik Əjdər Məcidov, fotokimyəvi və zəncirvarı reaksiyalar fənnindən kimya üzrə elmlər doktoru, dosent Lətifə Həsənova tərəfindən dərslər onlayn rejimdə tədris olunub.
Bununla yanaşı, II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar. Magistrantların elmi rəhbərləri onlara onlayn formada həm tədris prosesi, həm də dissertasiya işlərinin yekunlaşdırılması üzrə elmi-metodiki məsləhətlər verirlər.
Qeyd edək ki, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisası üzrə təhsil alan II kurs magistrant Xədicə Rüstəmli elmi-pedaqoji təcrübə çərçivəsində I kurs magistrantlara onlayn dərs keçib. Elmi-pedaqoji təcrübədə institutun magistrantları ilə yanaşı, Polimer Materialları və Radiasiya Problemləri institutlarının magistrantları da iştirak edirlər.
Tehsil-press.az