Gürcüstanın Baş Naziri quberniya rəhbərlərinə müraciət edib

Gürcüstanın Baş Naziri quberniya rəhbərlərinə müraciət edib Gürcüstanın Baş Naziri Giorgi Qaxariya COVID-19 virusu ilə əlaqədar ölkənin bölgə qubernatorlarına müraciət edib.
Hökumət başçısı qubernatorlardan koronavirusla əlaqədar milli azlıqların məlumatlandırılması istiqamətində fəaliyyəti genişləndirməyə çağırıb.
G.Qaxariya deyib ki, etnik mənsubiyyətindən və yaşadığı bölgədən asılı olmayaraq, vətəndaşlarımızın hər birinə fövqəladə vəziyyət zamanı bərabər xidmətlər göstərilir. Onların daha yaxşı məlumatlandırılması üçün effektiv tədbirlər görülməlidir.
“Yerli bələdiyyə orqanlarını hər bir vətəndaşa informasiyaların çatdırılması və dövlətin təqdim etdiyi üstünlüklər barədə məlumatlandırma ilə bağlı səylərini ikiqat artırmağa çağırıram”, - deyə Baş Nazirin müraciətində vurğulanır.

Tehsil-press.az

Oxşar xəbərlər