Dövlət qulluğuna qəbul imtahanları avqustdan başlayaraq ayda iki dəfə oflayn qaydada keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanları avqustdan başlayaraq ayda iki dəfə oflayn qaydada keçiriləcək Dövlət qulluğuna qəbul imtahanları avqustdan başlayaraq ayda iki dəfə Bakıda və Dövlət İmtahan Mərkəzinin regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, müsahibələr onlayn olacaq. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək.
O bildirib ki, sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər