Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi

Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi Türkiyədə yaşayan azərbaycanlı həkim Tahir Bababəyli dünyasını dəyişib.
T.Bababəyli İstanbulda koronavirusdan müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə Türkiyədə yaşayan həmyerlilərimiz sosial şəbəkədə yazıb.
Qeyd edək ki, T.Bababəyli ötən ay koronavirus diaqnozu ilə İstanbulda xəstəxanaya yerləşdirilib. Həkimin övladları bir müddət əvvəl atalarının sağalması üçün koronavirusa qalib gəlmiş şəxslərə qan vermələri üçün müraciət etmişdilər.

Tehsil-press.az

Oxşar xəbərlər