“United Aid for Azerbaijan”ın keçmiş rəhbəri koronavirusdan öldü

“United Aid for Azerbaijan”ın keçmiş rəhbəri koronavirusdan öldü “United Aid for Azerbaijan” (UAFA, Azərbaycana Birgə Yardım Təşkilatı) xeyriyyə təşkilatının keçmiş rəhbəri, həkim Cudit Darmadi Böyük Britaniyada koronavirusdan vəfat edib. Bu barədə İngiltərənin “Basingstoke Gazette” nəşri xəbər verib.
“Britaniya İmperiyası” ordeninin sahibi Beyzinqstouk şəhərində yerləşən xəstəxanada 84 yaşında dünyasını dəyişib.
Pediatr Cudit Darmadi Azərbaycanda 2014-2015-ci illərdə işləyib. Bununla yanaşı, o, İsrail, Kosta-Rika, Rumıniya, Afrika ölkələrində xeyriyyə təşkilatlarında aktiv fəaliyyət göstərib.
“United Aid for Azerbaijan” təşkilatı “Uşaqlar, xüsusən də əlilliyi olan uşaqlar, sağlamlıq və təhsil məsələlərinə diqqət yetirməklə Azərbaycanda Sosial Həyatın uzunmüddətli inkişafına kömək” məqsədi ilə 1998-ci ildə təsis edilib.
İndiyədək Böyük Britaniyada 98 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 12 868 nəfər vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər