Çinin Vuhan şəhərində yeni növ pnevmoniya haqqında ilk xəbərdarliq edən və bu barədə yalan məlumat yaymaqda günahlandırılan həkim koronavirusdan dünyasını dəyişib.
Daha əvvəl "Global Times" qəzeti Li Venlianın öldüyünü bildirib, lakin sonra reanimasiyada olduğunu əlavə edərək bu məlumatı təkzib edib.
34 yaşlı Li Venlianda yanvarın 10-dan etibarən koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin əlamətlərindən öskürək və qızdırma müşahidə olunmağa başlayıb. O, fevralın 1-də “Weibo” sosial şəbəkəsində koronavirusa yoluxması barədə status yazıb.
Li Venlian fevralın 7-də Bakı vaxtı ilə 22:58-dı vəfat edib. Sosial şəbəkələrdə onun ölümü barədə məlumata qısa zamanda milyonlarla şərh yazılıb. Dünya Səhiyyə Təşkilatının rəsmiləri də onun ölümünə kədərləndiyini bildiriblər.
Qeyd edək ki, Li Venlian ötən il dekabrın 30-da “Wechat” messencerindəki qruplardan birində Vuhan Mərkəzi Xəstəxanasında 7 nəfərin SARS-a oxşar virusa yoluxmasını təsdiqləyən raport gördüyünü yazıb. Yanvarın 3-də Li polisə çağırılaraq, internet resurslarında yalan məlumat yaydıqlarına görə tənbeh olunub.
Bununla birlikdə, Çin hakimiyyəti 31 dekabrda Vuhanda yeni növ virus barədə məlumat verib. Mütəxəssislər bunun 2019-nCoV coronavirus olduğunu təyin ediblər. Çində bu virusa yoluxanların sayı 28 minə, ölənlərin sayı isə 563-ə çatıb.
Tehsil-press.az