Ağ Evdə jurnalistlər üçün tələblər sərtləşdi - Koronavirusa görə

Ağ Evdə jurnalistlər üçün tələblər sərtləşdi - Koronavirusa görə Ağ Evin bir neçə əməkdaşının koronavirusa yoluxmasından sonra ABŞ-ın prezident administrasiyası jurnalistləri tibbi maska taxmağa çağırıb.
Ağ Evin Jurnalistlər Assosiasiyası maskaları taxmağın məcburi olduğunu bəyan edib. Bundan başqa, KİV işçilərinə mümkün olduğu qədər uzaqdan işləməyə çağırış edilib.
Jurnalistlər Ağ Evin zallarında məsafəni gözləməlidirlər. Donald Trampla müsahibəyə buraxılan bütün jurnalistlər isə koronavirus testindən keçməlidirlər.
Ağ Evin mətbuat zonasında insanların sıx toplaşmasına məhdudiyyətlər qoyulacaq. Brifinq zallarında yer olmasa, jurnalistlərin ümumiyyətlə Ağ Evə gəlməmələri tapşırılıb.
Qeyd edək ki, vitse-prezident Mayk Pens mətbuat katibi Keti Millerin koronavirusa yoluxmasından sonra özünü təcrid etmək istəsə də, Tramp ölkənin “ikinci siması”nın məsafədən işləməsinə icazə verməyib.

Tehsil-press.az

Oxşar xəbərlər