Ağ Ev Suriyadakı Rusiya qüvvələrinə zərbə ehtimalını şərh etdi

Ağ Ev Suriyadakı Rusiya qüvvələrinə zərbə ehtimalını şərh etdi ABŞ Suriyadakı Rusiya Silahlı Qüvvələrinə zərbənin mümkünlüyünü istisna etmir.
Bunu jurnalistlər üçün keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Sara Sanders söyləyib.
O, ABŞ prezidentinin “Twitter”də yazdığı fikirlərin Rusiyanın ünvanına təhdid olması ilə bağlı suala “Bu o deməkdir ki, bütün variantlar araşdırılır”, -deyə cavab verib.
O ABŞ kəşfiyyatının rəsmi Dəməşq və Moskvanın Şərqi Qutadakı kimyəvi bombalardan istifadədə əlinin olduğuna dair təqzib olunmaz sübutlar təqdim etdiyini də qeyd edib.
Sanders bildirib ki, zərbə endirilməsi varinatlardan biridir və prezident bundan imtina edə də bilər.
Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov raket zərbələrinin təsir zonasında rus hərbçilərinin olacağı halda Hava Hücumundan Müdafiə sistemlərinin ABŞ raketlərini və onların daşıyıcılarını vuracağı ilə bağlı xəbərdarlıq edib.

Tehsil-press.az

Oxşar xəbərlər