Azərbaycan Texniki Universitetinin Elmi şurasının ilk onlayn iclası keçirilib

Azərbaycan Texniki Universitetinin Elmi şurasının ilk onlayn iclası keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.
Onlayn iclasda təşkilati, elmi-tədqiqat, tədris və təcrübə işləri, həmçinin ictimaiyyətlə əlaqələr şöbəsinin yenidən təşkili ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.
Elmi şuranın bütün üzvlərinə aktiv çat sistemi vasitəsilə müzakirə olunan məsələləri görmək, eyni zamanda, operativ münasibət bildirmək imkanı yaradılıb. Şuranın üzvləri müzakirələrdə fəallıq göstərib, sual və təkliflər verib, həmçinin səsvermədə iştirak ediblər. Bütün statistik məlumatlar və müzakirələrin nəticələri onlayn sistemdə avtomatik qeyd edilib.

Tehsil-press.az



Oxşar xəbərlər