Xəzər Universiteti İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Onlayn tədris və öyrənmə problemləri” mövzusunda virtual konfrans keçirilib. Konfransda Böyük Britaniya, İspaniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Finlandiya və Azərbaycan nümayəndələrinin məruzələri dinlənilib.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı COVID-19 pandemiyasının ölkəmizə, tələbə və müəllimlərə, eyni zamanda, tədqiqat sahəsinə təsirindən danışıb.
Valensiya Politexnik Universitetinin nümayəndəsi Javier Orozco İspaniyada təhsil sisteminə dair təqdimat edib. Qazaxıstandan Eldar Ayanbayev isə distant təhsildən və “Moodle” platformasından söz açıb.
Sonra Middlesex, Debreçen və digər universitetlərin nümayəndələri öz təcrübələrini bölüşüblər.
Tehsil-press.az