Xəzər Universitetində tədbir: Qış festivalı və Çin mətbəxi

Xəzər Universitetində tədbir: Qış festivalı və Çin mətbəxi Xəzər Universitetinin və Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Qış festivalı və Çin mətbəxi” adlı tədbir keçirilib.
Açılış mərasimində çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Çinin dünya mədəniyyətindəki tarixi rolu, onun son dövrlərdə dünya iqtisadiyyatının aparıcı güclərindən birinə çevrilməsindən, Çin ilə Azərbaycan arasında əlaqələrin tarixindən, həmçinin Çin dili və mədəniyyətinin qloballaşan dünyada yerindən danışıb. O, Çin mədəniyyətinin dünyaya tanıdılmasında, Çinin digər ölkələrlə mədəni, iqtisadi və elmi əlaqələr qurmasında Konfutsi institutlarının çox böyük rola malik olduğunu vurğulayıb. Hamlet İsaxanlı BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Xəzər Universitetindəki filialının fəaliyyətini yüksək qiymətləndirib.
Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli tədbirin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Çin qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir. Öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhur olan bu ölkədə Yeni ili dekabrın 20-də qeyd edirlər.
Tədbir musiqi proqramı ilə davam edib.
Sonra qonaqlar Çin mətbəxi ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər