ISESCO-nun baş direktoru: "Bəşəriyyətin gələcəyi bu fundamental sosial sahələrin qorunub saxlanmasından və qorunmasından asılıdır"
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim Al-Malik koronavirus pandemiyasının (COVID-19) dağıdıcı nəticələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu barədə Baş direktor Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda keçirilən ASAN Qlobal Veb Forumun açılışında bildirib.
S. Al-Malik qeyd edib ki, hökumətlərin cavab tədbirləri indiki kritik anda, xüsusilə ədalət prinsipləri qorunmaqla, səhiyyə, maliyyə və təhsil sahəsində hərtərəfli olmalıdır. Bundan başqa, o, hökumətləri bu sahədə siyasətin işlənib hazırlanması zamanı xüsusən də ən zəif icmalara prioritet diqqət ayırmağa çağırıb.
"Hökumətlər fövqəladə halların həllində bəzi dövlətlərin uğurlu təcrübəsinə əsaslanaraq, əsl dialoq və disiplinararası əməkdaşlığa diqqət yetirməlidir. Artan gərginliyə baxmayaraq, hökumətlər idarələrarası və xarici əməkdaşlığın istənilən böhranla mübarizədə əvəzolunmazlığını nəzərdən qaçırmamalıdırlar. Birgə səylər və beynəlxalq tərəfdaşlar arasında qabaqcıl təcrübə mübadiləsi iqtisadi fəaliyyət durğunluğunu və sosial məhdudiyyətlərin zərərli təsirini aradan qaldırmağa kömək edə bilər",-deyə Al-Malik əlavə edib.
ISESCO-nun baş direktoru üzv dövlətləri mədəniyyət və təhsilin vacibliyini etiraf etməyə çağırıb, çünki bəşəriyyətin gələcəyi bu fundamental sosial sahələrin qorunub saxlanmasından və qorunmasından asılıdır.
Daha sonra baş katib, xüsusilə, koronavirus pandemiyasının mənfi təsirlərinin azaldılması istiqamətində səylərin dəstəklənməsi üçün ISESCO-nun başladığı fəaliyyəti proqramlarını və təşəbbüsləri xüsusi qeyd edib:
- virusun effektiv müalicəsini və ya vaksin tapacaq hər kəsə 200.000 ABŞ dolları dəyərində mükafatın təsis olunması;
- inkişaf etməkdə olan ölkələrə yardım etmək, innovasiyalara və elmi araşdırmalara kömək etmək məqsədilə hərtərəfli humanitar forumun yaradılması;
- bütün yaş qrupları üçün texnologiya, təhsil, sosial, mədəni və informasiya-təbliğat məzmunu təqdim edən "İSESCO Digital Home" platformasından istifadə;
- bir sıra Afrika ölkələrində dezinfeksiya vasitələrinin istehsalına texniki və maliyyə dəstəyinin göstərilməsi;
- məktəblərin bağlanması zamanı tədris prosesinin fasiləsizliyini təmin etmək üçün 30 üzv dövlətə intellektual avadanlıq və materialların təqdim edilməsi;
- "İstədiyimiz cəmiyyətlər" - sağlam, təhlükəsiz, çiçəklənən və inklüziv cəmiyyətin qurulması üzrə biliklərin yayılmasına və yaradıcı proqramların həyata keçirilməsinə yönəlmiş təşəbbüs;
Baş direktor çıxışının sonunda yaxşı idarəetməyə, potensialın artırılmasına, təhsil, elm, mədəniyyət, sosial inkişafla bağlı bütün sektorların idarə edilməsində yaxşı xidmətlərin göstərilməsinə yardım üçün "İslam dünyasında dövlət xidmətlərinin idarə olunması üçün "İSESCO-ASAN Mükafatı" nın təsis olunmasını təklif edib.
Qeyd edək ki, forumun məqsədi pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi sahəsində effektivliyi, əlçatanlığı, eyni zamanda, pandemiya ilə mübarizə kontekstində və ondan sonrakı dövrdə sosial innovasiyaların, innovasiya və intellektual həllərin rolunu müzakirə etmək olub.
https://www.icesco.org/en/2020/05/15/icesco-director-general-international-cooperation-key-in-addressing-coronavirus-pandemic/

Oruc MUSTAFAYEV