İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) prezidenti Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılmış kampusunun qonağı olub.
Görüşdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər. ISESCO-nun baş direktoru Ali Məktəbin kampusunda yaradılan şəraitlə tanış oldu. BANM-in şəhərciyi haqqında qonağa ətraflı məlumat verən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, şəhərcik ən müasir və yüksək tələblərə cavab verir. O qeyd edib ki, 1 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ali Məktəbin yeni tikilmiş kampusunun açılışı keçirilib. Rektor xatırlatdı ki, BANM 2011-ci ilin noyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb. “Ali Məktəbin yaradılmasının əsas məqsədi - günü-gündən inkişaf edən ölkəmizin və SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır”, - E.Qasımov dedi.
Rektor vurğulayıb ki, BANM tədrisin keyfiyyətini yüksəltmək və mütəxəssis hazırlığı sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir. Bu məqsədlə bir çox ölkələrin müvafiq qurumları və iri şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb. Onların sırasında İslam Dünyası Universitetləri Federasiyasının adı da var. Ali Məktəbin rektoru ölkəmizdəki mövcud tolerant mühit barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, bu gün Azərbaycanda dinlərarası münasibətlərdə tolerantlığın ən yüksək səviyyəsi mövcuddur.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də öz növbəsində Ali Məktəbin şəhərciyinə dəvət olunduğu üçün BANM-in rektoru E.Qasımova minnətdarlığını bildirərək, Azərbaycanda təhsilə dövlət qayğısından məmnunluğunu ifadə etdi. O, qeyd etdi ki, ali təhsil müəssisəsi - təkcə müasir korpus və yeni avadanlıqlardan ibarət deyil, burada hər şeydən əvvəl pedaqoji və elmi mütəxəssisləri ilə fərqlənmək lazımdır. Bu baxımdan BANM Azərbaycanın ən yaxşı professor və alim heyətinə malik olduğuna görə fəxr edə bilər.
“Biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını Ali Məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik”, - Əbdüləziz bin Osman əl-Tüveycri dedi. ISESCO-nun baş direktoru vurğuladı ki, İslam ölkələrini təmsil edən tələbələrə BANM-də tədrisə cəlb olunmaları üçün dəstək göstərəciyini bildirib.

BANM-nin Mətbuat Xidməti