Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev "GUAM məkanında uzun sürən münaqişələr və beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün onların nəticələri" mövzusunda müzakirələr çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.
Məktubda martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən keçirilmiş qondarma "seçkilər"dən və bu qanunsuz fəaliyyətin beynəlxalq birlik tərəfindən kəskin pislənməsindən danışılır.
Müraciətdə deyilir ki, Ermənistan martın 31-də və aprelin 14-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz "seçkilər" keçirib. Qondarma "seçkilər" tamamilə qeyri-legitimdir, çünki Azərbaycan ərazilərinin davam etməkdə olan hərbi işğalının və burada aparılmış etnik təmizləmənin nəticələrindən irəli gəlir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin aşkar şəkildə pozulması deməkdir. Beynəlxalq birlik bir daha böyük səs çoxluğu ilə təsdiq edib ki, onun bu saxta "seçkilər"in nəticələrinin qəbuledilməzliyi, onların həqiqiliyinin kollektiv şəkildə rədd edilməsi və tanınmaması və deməli, heç bir təsir gücünün olmaması ilə bağlı mövqeyi ardıcıl və prinsipialdır.
Y.Əliyev qeyd edib ki, bununla əlaqədar, onun 2020-ci il 15 aprel tarixli (A / 74/805-S / 2020/301) məktubuna əlavə kimi beynəlxalq birliyin qeyri-legitim "seçkilər"lə bağlı mövqeyinin şərh olunduğu sənədin yenilənmiş versiyası qoşulub.
Məktubun sonunda deyilir: "Bu məktubun və ona qoşmanın - Təhlükəsizlik Şurası gündəliyinin və sənədinin 32, 37, 68, 70, 75 və 83-cü bəndləri üzrə Baş Assambleya sənədinin yayılmasına görə Sizə minnətdar olardım".
Sonra Beynəlxalq və regional təşkilatların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Avropa Şurasının, Avropa Parlamentinin, NATO-nun Qoşulmama Hərəkatının, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın, ATƏT-in Minsk qrupunun, ATƏT-in Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, habelə bir çox ölkələrin, o cümlədən Avstraliya, Bosniya və Herseqovina, Kanada, Çin, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, İran, İtaliya, Yaponiya, Latviya, Montereqro, Moldova, Norveç, Pakistan, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya və Birləşmiş Ştatların qondarma "seçkilər"in keçirilməsini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazisində qondarma qurumun və oyuncaq rejimin tanınmaması faktını təsdiq edən bəyanatlarının siyahısı BMT-nin Baş katibinə təqdim edilib.
Tehsil-press.az