Dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılır. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbulun hər rayonunda tullantı sularında virus aşkarlanıb. Virusun sularda görülmə sıxlığı rayonlara görə dəyişir.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli ölkənin Su İnstitutu İdarəsi ilə birgə bu istiqamətdə araşdırmaların aparılacağını və mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanacağını bildirmişdi.
Bu istiqamətdə araşdırmalar İstanbulla yanaşı, ölkənin bir neçə şəhərində də aparılıb. Bu məqsədlə üç xüsusi laboratoriya fəaliyyətə başlayıb. Tədqiqatlardan məlum olub ki, SARS-CoV2 virusuna palçıq sularında daha sıx rast gəlinir. Bəzi şəhərlərdə yoluxanların sayının az olmasına baxmayaraq, tullantı sularında virus müşahidə olunub.
Bu araşdırmalar hava limanları və turistik bölgələrdə davam etdiriləcək.
Tehsil-press.aza